Şərti sərhəddə baş vermiş insident və çex alpinisti
Məsələ Bakı ilə İrəvan arasında birbaşa danışıqlar yolu ilə həll olunub
Ötən gün şərti sərhəddə baş vermiş insident Bakı ilə İrəvan arasında danışıqlar, birbaşa danışıqlar yolu ilə həll olunub. Və bu yaxşıdır...
Təbii ki, heç kim atəş açıb cavab almasa, daha yaxşı olardı... amma... necə deyərlər - kasıbın olanından.
Arada nə Aİ missiyaları, nə ABŞ və Fransanın Ermənistandakı səfirləri, nə də ki, Rusiya sərhədçiləri var idi...
Bakı bir daha göstərdi ki, Aİ-nin Ermənistandakı missiyası heç kimdir və onları vecinə alan da yoxdur...
Ermənistan hökuməti isə Azərbaycanla şərti sərhəddən bütün sistemdənkənar qüvvələri - Aİ missiyasını, Rusiya sərhədçilərini, Yerkrapanı, çex alpinistini... çıxarmaq barədə yenidən düşünməlidir.