XƏBƏRLƏR / Müttəfiq

ŞƏT-in nümayəndəsi pakistanlı general ilə görüşüb

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Komandanlığı məlumat yayıb

ŞƏT-in nümayəndəsi pakistanlı general ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturunun (RATS) icraçı direktoru, general-mayor Ularbek Şarşeyev Ravalpindidəki (Pakistan) Birləşmiş Qərargah Qərargahında Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CJCSC) sədri general Sahir Şəmşad Mirzə ilə görüşüb.

    Görüş zamanı hər iki tərəf regionda inkişaf edən təhlükəsizlik dinamikasını və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı genişləndirmək üçün birgə tədbirləri müzakirə ediblər. CJCSC terrorizm təhlükəsi ilə mübarizədə regional əməkdaşlığın təşviqi üçün ŞƏT-in (RATS) səylərini etiraf edib və Pakistanın reginal və qlobal səviyyədə davamlı sülhün təmin edilməsində öhdəliyini bir daha təsdiqləyib.

    Ziyarətə gələn yüksək səviyyəli qonaq Pakistan Silahlı Qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib və onların terrorizmlə mübarizədə göstərdiyi fədakarlıqları etiraf edib.