Şimali Koreya ballistik raket sınağı keçirib
Bu gözlənilən ABŞ-Cənubi Koreya birgə təlimləri ərəfəsində baş verib
"Reuters": Şimali Koreya ABŞ-Cənubi Koreya birgə təlimlərindən əvvəl ballistik raket buraxıb.
Şimali Koreya daha bir ballistik raket buraxıb və təxminən 700 km məsafə qət edərək dənizə düşüb. Agentliyin məlumatına görə, bu, 2026-cı ilin əvvəlindən bəri Şimali Koreyanın ballistik raket buraxdığı 11-ci şübhəli sınaqdır.
Sınaq 17-27 avqust tarixlərində keçirilməsi planlaşdırılan ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri Ulçi Azadlıq Qalxanı ərəfəsində baş tutub. Cənubi Koreya buraxılan raketin hipersəs qabiliyyətlərə malik olması ehtimalını istisna etməyib.
1 dəqiqədən az