XƏBƏRLƏR / Hava

Şimşək çaxacaq, leysan olacaq

Çaylardan daşqın və sel keçəcək

Şimşək çaxacaq, leysan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidormetereologiya Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.