XƏBƏRLƏR / Hava

Şimşək çaxıb, leysan yağıb

Faktiki hava

Şimşək çaxıb, leysan yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

    Düşən yağıntının miqdarı Zaqatalada 106 mm, Lənkəranda 33 mm, Qəbələdə 21 mm, Astarada 19 mm, Lerikdə 12 mm, Balakəndə 8 mm, Yardımlıda 6 mm, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 mm-dək olub.

    Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s, Cəfərxanda 16 m/s-dək güclənib.

    Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 29, Aran rayonlarında 31, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.