Şoyqu Əfqanıstanda Rusiyada qadağan olan Talibanla görüşdü
O, ən təhlükəli terrorçu kimi axtarışda olan "Taliban"ın daxili işlər naziri ilə bir araya gəlib
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Əfqanıstana səfər edib və orada "Taliban"ın daxili işlər naziri Siracuddin Haqqani ilə görüşüb.
Bu barədə Rusiya teleqram kanalları Əfqanıstan mediasına istinadən məlumat yayıb.
Bildirilib ki, Şoyqu görüşdə "Taliban"ın Rusiyada tezliklə terror təşkilatları siyahısından çıxarılmasını təsdiqləyib.
Qeyd edək ki, "Taliban"ın Rusiyada terror təşkilatları siyahısından çıxarılması haqqında qanun layihəsi noyabrın 26-da Dövlət Dumasına daxil olub.