XƏBƏRLƏR / Qayıdış

Növbəti köç Şükürbəyli kəndinə çatıb

YENİLƏNİB

Növbəti köç Şükürbəyli kəndinə çatıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 13:56

    Bu gün Şükürbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

    Ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

    ***

    13:20


    Köç karvanı işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

    Şükürbəyli kəndi bu gün 20 ailə olmaqla, 89 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

    Qeyd edək ki, kənd müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

    Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

    ***

    12:55

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb.

    Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə - 89 nəfər köçürülüb.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1066 nəfər (270 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 546 nəfər (139 ailə)
    Aşağı Oratağ - 462 nəfər (100 ailə)
    Çapar - 141 nəfər (39 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 112 nəfər (28 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)
    Böyük Qaladərəsi - 64 nəfər (14 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1056 nəfər (236 ailə)
    Təzəbinə - 721 nəfər (159 ailə)
    Xanyurdu - 488 nəfər (134 ailə)
    Şuşakənd - 423 nəfər (111 ailə)
    Badara - 358 nəfər (99 ailə)
    Seyidbəyli - 254 nəfər (70 ailə)
    Daşbulaq - 126 nəfər (31 ailə)
    Xanabad - 79 nəfər (19 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)
    Şükürbəyli - 1399 nəfər (326 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1649 nəfər (388 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 973 nəfər (438 ailə)
    Hadrut - 246 nəfər (60 ailə)
    Qırmızı Bazar - 889 nəfər (209 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 185 nəfər (69 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 230 nəfər (54 ailə)
    Kərkicahan - 140 nəfər (35 ailə)


    Cəmi: 34 656 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.