Qayıdış

Şuşada bayram namazı qılınıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi xəbər verir

Şuşada bayram namazı qılınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 6-da Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

    Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

    Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

     Daha sonra Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu  İdarəsinin təşkilatçılığı ilə  qurbanlar kəsildi, sakinlərə paylanıb.