Şuşada TDT səhiyyə nazirlərinin iclası keçiriləcək
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.