Şuşanın Kiçik Qaladərəsi kəndində partlayıcı qurğu tapılıb
Emənilər kəndi tərk edərkən 2 ədəd F-1 əl qumbarasını quraşdırıblar ki, Azərbaycan tərəfinə zərər yetirsinlər FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) verilən məlumata görə, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində partlayıcı qurğu aşkar edilib.
Evlərdən birinin damında çardağın qapısına və dayaq tirinə bərkidilmiş 2 ədəd F-1 əl qumbarası aşkar edilib. ANAMA-nın əməkdaşları aşkar edilmiş tələni zərərsizləşdirib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları zamanı buna bənzər tələlər və əldəqayırma partlayıcı qurğular mütəmadi olaraq aşkar edilir. Odur ki, ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və tanış olmayan obyektlərə toxunmamağa çağırır.