XƏBƏRLƏR / Hava

Sinoptiklər: mart ayında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti proqnozunu açıqlayıb

Sinoptiklər: mart ayında  hava necə olacaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın ilk günlərində hava sabit olacaq, əsasən yağıntı olmayacaq, mülayim cənub-şərq küləyi əsəcək.

    Bakıda havanın orta aylıq temperaturu müsbət 6+9 dərəcə olacaq. Gecə müsbət 2 + 7,  gündüz  müsbət 7 + 12, ayrı-ayrı günlərdə müsbət 15 + 20 dərəcə olacaq.

    Aylıq yağıntının miqdarı iqlim normasına (20-27 millimetr) yaxın olacaq.

    Ölkənin bölgələrində ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 24 dərəcəyə qədər yüksələcək.