XƏBƏRLƏR / İctimaiyyət

Şirvanda şəhər ərazisində avtomat tapılıb

DİN xəbər verir

Şirvanda şəhər ərazisində avtomat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 avtomat, 1 daraq və 30 patron aşkarlanaraq götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

    Faktlarla bağlı araşdırmalar aparılır.