BLOQ

Siyasətə baxışım I

Türkiyədəki seçkilər barədə yazıram

Siyasətə baxışım I
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Siyasətə iki cür baxış var. Kütlə baxışı və oliqarx baxışı. Məsələn, iki siyasi rəqib döyüşür, kütlə də baxır. Camaat isə iqtidara ən kəskin sözlər deyən adama istər-istəməz rəğbət bəsləyir.
    Bu, bəsit həqiqətdir, yəni kütləyə göstərmək üçündür. Bu cür döyüşlərsiz siyasət olmur.
    Ancaq siyasət bu qədər bəsit bir sahə deyil ki, kütlə dalaşanların hansının xeyir, hansının şər və ya xeyirlə şərin bir olub-olmadığını müəyyən edə bilsin. Adamın müxalifətdə olub iqtidara necə xidmət etməsini kütləyə izah etmək çox çətindir. Ancaq o demək deyil ki, bu, deyilməməlidir.
    Ən əvvəl deyim ki, harada insan potensialının qarşısı alınırsa, orda səmimi mübarizədən söhbət gedə bilməz. Gəlin, bu dediklərimi qardaş Türkiyənin prezident seçkilərində Kamal Qılıcdaroğlunun simasında nəzərdə keçirək. Kılıcdaroğlu Mansur Yavaşın namizəd olmasının qabağını aldı? Aldı. İkincisi, 90 faizi sünnü olan ölkədə müxalifətin namizədi kimi seçkiyə ələvi kimliyi olan bir adam qatıldı? Qatıldı. Daha sonra isə əlində bir xəritə ilə seçicilərin qarşısında çıxdı ki, bəs həyatımın projesi Quzey Azərbaycandan yan keçən İpək yolu layihəsidir və bu yolu da bütün sivil dünyanın sanskiya qoyduğu İrandan çəkəcəyəm. Özü də bunu "nə mutlu türküm" deyən bir ölkədə açıqladı. Bunların hamısı Ərdoğana xidmətdir.
    Kılıcdaroğlu seçkidə Ərdoğanın qalib gəlməsindən ötrü əlindən gələn hər şeyi etdi. Türkiyədə iqtidarın reytinqini itirdiyi dövrlərdə Kılıcdaroğlu kimi real, radikal görünən müxalifətə həmişə ehtiyacı olub. Əslində isə Ərdoğanla əl-ələ verib şad-xürrəm yaşayırlar. Vətəndaşı sosial təminat, ədalətli məhkəmə, hüquq və azadlıqlarla yox, geosiyasi maraqlarla məşğul olan ölkədə istənilən nəticəni qabaqcadan hesablamaq çox asandır.