XƏBƏRLƏR / Sağlamlıq

Siyəzəndə sel nəticəsində zərərçəkənlərin son vəziyyəti

TƏBİB xəbər verir

Siyəzəndə sel nəticəsində zərərçəkənlərin son vəziyyəti
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.

    Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.