Siyəzənin Zarat stansiyasında Rusiyaya məxsus qatar aşıb
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib
Siyəzən rayonunun Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - QSC qeyd edir.