XƏBƏRLƏR / Sosial şəbəkə

“Skype” platformasının fəaliyyəti dayandırılır

Bu barədə “Microsoft” şirkəti məlumat yayıb

“Skype” platformasının fəaliyyəti dayandırılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 5-də “Skype” platformasının fəaliyyəti dayandırılacaq.

    Bu barədə “Microsoft” şirkəti məlumat yayıb. Bildirilib ki, proqramdan mayın 5-dək istifadə etmək mümkündür. Bundan sonra istifadəçilərin uçot məlumatları “Microsoft Teams” proqramına köçürüləcək.

    Qeyd edək ki, 2003-cü ildə yaradılmış “Skype” platformasını “Microsoft” şirkəti 2011-ci ildə almışdı.