XƏBƏRLƏR / Neft və Qaz

SOCAR Amerikanın “Exxon Mobil” şirkəti ilə əməkdaşlıq edəcək

Bu barədə Vaşınqtonda memorandum imzalanıb

SOCAR Amerikanın “Exxon Mobil” şirkəti ilə əməkdaşlıq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın dövlət neft şirkəti SOCAR Amerikanın “Exxon Mobil” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

    İmzalanma mərasimində Azərbaycan Prezidenti Əliyev və Trampın xüsusi nümayəndəsi Uitkoff iştirak ediblər.

    "Reuters" daha əvvəl bildirmişdi ki, SOCAR tezliklə "Exxon Mobil" və BP ilə Azərbaycanda neft və qaz kəşfiyyatına dair yeni müqavilələr imzalayacaq. ABŞ Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda təsdiqlənmiş neft ehtiyatları 7 milyard barel, təsdiqlənmiş təbii qaz ehtiyatları isə 1,7 trilyon kubmetr təşkil edir.

    Sonra Prezident İlham Əliyev xüsusi elçi Stiv Uitkoff ilə görüşüb.