SOCAR Macarıstandakı anbarları öz qazı ilə doldurur
Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Sijarto Facebook səhifəsində yazıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstandakı anbarları öz qazı ilə doldurmağa başlayıb. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Sijarto bildirib.
“Müqaviləyə uyğun olaraq, Azərbaycanın energetika şirkəti SOCAR ilk 50 milyon kubmetr qazın Macarıstan anbarına yükləməyə başlayıb”, - deyə macar nazir öz Facebook səhifəsində yazıb.
İyunun 2-də Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb və müqaviləyə əsasən, ilin sonunadək Macarıstana 100 milyon kubmetr Azərbaycan qazı tədarük olunacaq. Gələcəkdə tədarük həcminin ildə 1-2 milyard kubmetrə qədər artacağı gözlənilir.