SOCAR MSCI-dən BBB reytinqi alıb
Aparıcı beynəlxalq ekoloji, sosial və idarəetmə reytinq agentliyi CCC-dən AAA səviyyələrinə qədər qiymət verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparıcı beynəlxalq ESG (ekoloji, sosial və idarəetmə) reytinq agentliyi olan MSCI-dən 2024-cü il üçün BBB davamlılıq reytinqi alıb.
BBB ESG reytinqi Dövlət Neft Şirkətinin karbon qazının azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.
Xəzər regionunda belə reytinq alan ilk enerji şirkəti olan SOCAR bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha yüksək yerdə qərarlaşıb.
Ətraf mühit, sosial və idarəetmə məsələlərində performansın yaxşılaşdırılması üzrə intensiv işin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı inkişaf strategiyasının, o cümlədən ekoloji, sosial və idarəetmə planlarının uğurla həyata keçirilməsinə töhfə verəcək.
SOCAR həmçinin qeyd edir ki, SOCAR-ın kredit reytinqlərində müsbət dəyişikliklər baş verib. Belə ki, bu il Fitch reytinq agentliyi uzunmüddətli kredit reytinqini BB+/müsbətdən investisiya səviyyəsindən BBB-/stabilə, Moody's reytinq agentliyi reytinqi Ba1/stabildən Ba1/müsbətə, Standard and Poor's reytinqini yüksəldib. agentlik SOCAR-ın reytinqini BB-/stabil səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, MSCI qlobal ictimai şirkətlərə uzunmüddətli, sənaye, ətraf mühit, sosial və idarəetmə risklərinə davamlılığını qiymətləndirərək CCC-dən AAA səviyyələrinə qədər reytinqlər verir.