SOCAR Pakistana LNG tədarükünə dair çərçivə sazişi imzalayıb
Sənəd Pakistanın Baş naziri Şehbaz Şərifin iştirakı ilə imzalanıb
Bazar ertəsi Lahorda SOCAR və Pakistanın Pakistan LNG Limited (PLL) şirkəti Pakistana LNG tədarükünə dair çərçivə sazişi imzalayıb.
Sənəd Pakistanın Baş naziri Şehbaz Şərifin iştirakı ilə imzalanıb.
Müqavilənin müddəti eyni müddətə uzadılma imkanı ilə bir ildir. Sənədə əsasən, Pakistan Azərbaycan tərəfdən hər ay endirimli qiymətə LNG almaq imkanı əldə edir. Çatdırılmaların həcmi dəqiqləşdirilməyib.