Son bir ildə azad edilmiş ərazilərdə 1079 silah aşkarlanıb
Bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib
İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə ümumilikdə aşkarlanan 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdən aşkarlanıb.
Həmin ərazilərdən odlu silahlarla yanaşı 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.
2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.
1 dəqiqədən az