XƏBƏRLƏR / Qonşular

"Son seçim anı gələndə Ermənistan Aİİ-dən çıxacaq"

Bunu Ermenistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib

"Son seçim anı gələndə Ermənistan Aİİ-dən çıxacaq"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Pekində ŞƏT çərçivəsində Kreml rəhbəri ilə görüşməyi planlaşdırdığını və sentyabrın sonunda Rusiyaya səfər edəcəyini bildirib. “Şadam ki, onlar məni Moskvada gözləyirlər, mən də həmişə Rusiya Federasiyasına səfərləri səbirsizliklə gözləyirəm, növbəti səfər sentyabr ayına planlaşdırılıb”, - o deyib.

    Paşinyan vurğulayıb ki, İrəvanla Bakı arasında sülhün bərqərar olması tərəflər arasında məsələlərin və iddiaların olmaması demək deyil.

    Bundan əlavə, Baş nazir Ermənistanın Aİİ-dən çıxa biləcəyini açıqlayıb və qeyd edib ki, bu ölkə eyni vaxtda Aİ və Aİİ üzvü ola bilməyəcək. “Son seçim anı gələndə biz müvafiq qərarı verəcəyik”, o əlavə edib.

    Paşinyan həm də qeyd edib ki, "9 noyabra (Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci ildə imzaladığı bəyanat - ANSPress) qayıtmağa ehtiyac yoxdur. 9 noyabr 9 noyabrda qaldı"

    Paşinyanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında bütün müzakirələr Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.