XƏBƏRLƏR / Hava

Soyuqlar gəlir: temperatur düşəcək, rayonlarda qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Soyuqlar gəlir: temperatur düşəcək, rayonlarda qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

    Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.