XƏBƏRLƏR / İctimaiyyət

“Sülh körpüsü” bu ilin sonunadək bərpa ediləcək

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin görüşü haqda Fərhad Məmmədov məlumat verib

“Sülh körpüsü” bu ilin sonunadək bərpa ediləcək
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü bu ilin sonunadək baş tutacaq.

    Bu barədə bazar ertəsi Trend-ə "Sülh Körpüsü" təşəbbüsünün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, görüş Ermənistanda baş tutacaq.

    Qeyd edək ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistanda vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədi ilə yaradılıb. Platforma çərçivəsində tərəflər sülh prosesi, regional təhlükəsizlik, media məsələləri və vətəndaş cəmiyyətinin rolunu müzakirə etmək üçün mütəmadi olaraq görüşürlər.

    İlk görüş 2025-ci il oktyabrın 21-22-də İrəvanda baş tutub və burada dialoqun əsas istiqamətləri müəyyən edilib. Növbəti görüş 21-22 noyabr 2025-ci il tarixlərində hər iki ölkənin ekspertləri və QHT nümayəndələrinin iştirakı ilə Bakıda keçirilmişdir.

    Sonuncu görüş aprelin 10-12-də Qəbələdə baş tutub. Görüş zamanı iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi və birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması məsələləri müzakirə olunub.