Sülhməramlılar Qarabağda abidə qoydu FOTO
Bu barədə erməni teleqram kanalları məlumat yayıb
Rusiyanın Qarabağdakı müvəqqəti kontingenti sentyabrın 20-də ölən rus sülhməramlılarının şərəfinə xatirə abidəsi qoyub.
Bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Xatırladaq ki, 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.
Kapitan Kovqan İ.V., polkovnik Qarayev T.İ., tibb xidməti polkovnik-leytenantı Oleynikov A.V., kapitan-leytenant Qolofast M.V., komandir Şvoren A.P., sıravi əsgər M.B.Dokonov Canyataq kəndində ölüb.