XƏBƏRLƏR / Hərbi

Sülhməramlıların olduğu ərazilərdəki şərait təhlil edildi

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Sülhməramlıların olduğu ərazilərdəki şərait təhlil edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 11-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirlən xidməti müşavirədə sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

    Qeyd edək ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.