XƏBƏRLƏR / Kriminal

Sumqayıtda ailəyə silahlı hücumla bağlı cinayət işi başlanıb

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər müəyyən edilir

Sumqayıtda ailəyə silahlı hücumla bağlı cinayət işi başlanıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 10:00

    Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğundan daxil olan məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

    Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    09:15

    Xəbər verdiyimiz kimi, Sumqayıtda səhər tezdən fərdi yaşayış evinə silahlı basqın olub.

    Hadisə zamanı ölən və yaralananların kimliyi məlum olub.

    Corat bağları yaşayış massivində baş verən hadisə zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb.

    Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990–cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960–cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

    ***

    Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

    Hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

    Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

    Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.