XƏBƏRLƏR / Hadisə

Sumqayıtdakı yanğın şəhəri qatı tüstüyə bürüyüb

Yanğın 7 hektar ərazini əhatə edib

Sumqayıtdakı yanğın şəhəri qatı tüstüyə bürüyüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

    Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

    Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

    Küləkli hava şəraiti yanğını daha da genişləndirib. Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

    Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.