Surət Hüseynov Gəncədə dəfn ediləcək YENİLƏNİB
64 yaşlı S.Hüseynov dünən İstanbulda vəfat edib
İyulun 31-də Türkiyədə vəfat edən sabiq Baş nazir Surət Hüseynov avqustun 2-də Gəncədə dəfn olunacaq.
Onun nəşi bu gün axşam ölkəmizə gətiriləcək.
Surət Hüseynov Gəncə şəhərində 4 saylı qəbristanlıqda ata və anasının məzarı yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, 64 yaşlı S.Hüseynov dünən İstanbulda vəfat edib.
***
Sabiq Baş nazir Surət Hüseynov İstanbulda “Medipol Mega” xəstəxanasında vəfat edib.
Uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində komaya düşüb.
Həkimlər onu komadan ayılda bilməyib.
Qeyd edək ki, bu gün günorta saatlarında Surət Hüseynovun ölüm xəbəri yayılmışdı. Onun Moskvadan İstanbula uçan təyyarənin eniş etdiyi zaman ürəktutmadan vəfat etdiyi deyilsə də, komaya düşdüyü, özəl xəstəxanalardan birinə yerləşdirildiyi məlum olmuşdu.