XƏBƏRLƏR / Kriminal

Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib

Bu barədə "SANA" məlumat yayıb

Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2011-ci ildə Dərada baş verən hadisələrlə bağlı ittihamlarla təqsirli bilinən Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.

    Bu barədə hakim Tofiq Əl-Əli "SANA"ya bildirib.

    Onun sözlərinə görə, devrilmiş rejimə qarşı çıxarılan həbs qərarına qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və digər ittihamlar daxildir: “Məhkəmənin qərarı İnterpol vasitəsilə bütün dünyada “qırmızı bülleten”in verilməsinə və beynəlxalq təhqiqatın aparılmasına yol açır”.

    Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olmuş Bəşər Əsəd ötən il dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.