XƏBƏRLƏR / Məhkəmə

Suriyada Bəşər Əsəd barəsində ölüm hökmü qərarı çıxarıldı

Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb

Suriyada Bəşər Əsəd barəsində ölüm hökmü qərarı çıxarıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriya məhkəməsi sabiq prezident Bəşər Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib və qiyabi olaraq ölüm hökmü çıxarıb.

    Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

    Digər təfərrüatlar açıqlanmır.

    Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib və daha sonra ailəsi ilə Suriyanı tərk edərək Rusiyaya qaçıb.