Suryanı bölməyə çalışsalar, Türkiyə müdaxilə edəcək
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib

Suriyadakı qruplaşmalar ölkəni bölməyə çalışsalar, Türkiyə məsələyə müdaxilə edəcək. Silahlı birləşmələr parçalanma və sabitliyi pozmaq yolu tutsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və reaksiya verəcək.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir Suriyanın bölünməsini Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə kimi qiymətləndirib.