Şuşa şəhərinə qaz çəkiləcək
Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib
İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması başa çatıb.
Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi-nəzərindən çox vacib məsələdir".
Nazir müavini, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir.
Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov vurğulayıb ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.