XƏBƏRLƏR / Qayıdış

Şuşada Üzeyir Hacıbəylinin doğum günü qeyd edildi

Şəhər rəhbərliyi dahi bəstəkarın heykəli önünə gül qoyub

Şuşada Üzeyir Hacıbəylinin doğum günü qeyd edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin, ilk operanın banisi, dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin doğum günündə Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri onun heykəli önünə gül qoyub, ehtiramla anıblar.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "X" səhifəsində yazıb.