Tacikistan Prezidenti Emoməli Rəhmon Qırğızıstana səfər edib
Bu barədə qırğız mənbələri xəbər verib
Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının və Azərbaycan liderinin qeyri-rəsmi Məşvərət Görüşündə iştirak etmək üçün Qırğızıstana gəlib.
Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, görüş İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində baş tutacaq.
Emoməli Rəhmonu İssık-Kul Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev qarşılayıb.

1 dəqiqədən az