Tacikistanda 7,3 bal gücündə zəlzələ olub
Bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb
Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
Qeyd edək ki, fevralın 22-də Sincan Uyğur muxtar rayonunun Ağsu prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib.