XƏBƏRLƏR / Din

Taliban əfqan qadınlara məsciddə namaz qılmağı qadağan edib

Bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb

Taliban əfqan qadınlara məsciddə namaz qılmağı qadağan edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanda Taliban hərəkatının formalaşdırdığı hökumətin məmurları qadınlara namaz qılmaq üçün məscidlərə getməyi qadağan ediblər.

    Bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

    Herat vilayətindəki mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər barədə məlumat əhaliyə imamlar vasitəsilə şifahi olaraq çatdırılıb. Artıq qadınların məscidlərdə cümə namazlarında iştirak etməsinə icazə verilmir, halbuki əvvəllər onlar üçün məscidlərdə ayrıca otaqlar düzəldilmişdi.