Taliban İrana müharibə elan etdi, sərhəd postunu ələ keçirdi
Taliban bir neçə günə Tehranı ələ keçirəcəyini vəd edir
Taliban İrana müharibə elan etdi və İran sərhəd postunu ələ keçirdi - KİV.
Buna səbəb Tehran və Kabil arasında iki dövlətin sərhədində, su anbarlarının yerləşdiyi mübahisəli ərazi ilə bağlı münaqişə olub. Hər iki tərəf bir-birini eskalasiyada ittiham edib.
Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan əyalətinə axır və buradan müntəzəm olaraq quruyan gölə tökülür. Sistan əyaləti hazırda quraqlıqla üz-üzədir və İran Talibanı çayda yeni bəndlər tikməkdə və suyun istiqamətini dəyişdirməkdə ittiham edir.
Taliban deyib: “Biz İranla Amerikadan daha çox şövqlə döyüşəcəyik. Liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik”.
Həmçinin, İran təxribatlarına son qoymasa, Taliban bir neçə günə Tehranı ələ keçirəcəyini vəd edir.
Taliban İranla sərhəddə ümumilikdə 18 obyekti məhv etdiyini iddia edir.
“İnqilab Mühafizəçiləri bu nəhəng postlardan terror hücumları həyata keçirdilər. İran indiyədək güclü müqavimət göstərməyib. Onların ordusu yumşaq və qadına xas görünür.” – Taliban İctimaiyyətlə Əlaqələr.
İran Talibanın sərhəddə ələ keçirilən postlarla bağlı iddialarını təkzib edib.
İran polis qüvvələrinin baş komandanının müavini Sərdar Qasım Rezai və İran İslam Respublikasının Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri Talibanla toqquşmaların getdiyi Sistana gediblər.