XƏBƏRLƏR / Neft və Qaz

TANAP-la qazın nəqli 75 mlrd. kubmetrə çatıb

Bu barədə TANAP konsorsiumu xəbər verir

TANAP-la qazın nəqli 75 mlrd. kubmetrə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Trans-Anadolu qaz kəməri (TANAP) işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) onun vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində Türkiyə və Avropaya 75 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib.

    Bu barədə TANAP konsorsiumu xəbər verir.

    “Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP ilk kommersiya qazının nəqlindən sonra 75 mlrd. kubmetrə çatıb”, - məlumatda qeyd olunur.

    Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə (maksimum ötürmə gücü – 31 mlrd. kubmetr), digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə 2020 ilin dekabrın 31-də başlanılıb.