Tbilisi meri Kaladze Qərb məmurlarını düşmən elan etdi
İslandiya, Litva və Estoniya xarici işlər nazirləri Tbilisidəki etiraz aksiyalarına qoşulublar
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı mitinq keçirməsini düşmənçilik addımı adlandırıb.
“Bu, dostluq deyil, düşmənçilikdir, bizim xarici işlər nazirimizin İrəvana gedib oradakı müxalifətin mitinqində çıxış etməsini təsəvvür edirsinizmi? – Kaxa Kaladze "Rustavi 2" kanalının efirində deyib.