TDT ekologiya nazirlərinin ilk iclası Bakıda keçiriləcək
Görüş noyabrın 20-də baş tutacaq
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ekologiya nazirlərinin ilk iclası keçiriləcək.
Bu barədə qurumun mətbuat xidməti xəbər verir.
Görüş noyabrın 20-də baş tutacaq və COP29 qlobal iqlim konfransı zamanı olacaq.
Bu iclasın türk dövlətləri arasında ekoloji əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevriləcəyi gözlənilir. Bu da TDT-nin ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı məqsədlərinə nail olunmasına töhfə verəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.