TDT gömrük rəhbərləri Bakıda bir sıra sənədlər imzalayıb
Bakıda Türk Dövlətləri Təşkilatının gömrük xidmətləri rəhbərlərinin X-cu iclası keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin X-cu iclasının yekunlarına görə bir sıra sənədlər imzalanıb.
Xüsusilə, X-cu iclasın Protokolu, TDT ölkələrinin gömrük idarələri arasında məlumat mübadiləsi üçün texniki şərtlər, habelə TIR Konvensiyasına uyğun olaraq e-TIR prosedurunun (1975, Cenevrə) həyata keçirilməsi üzrə Tədbirlər Planı imzalanmışdır.
Sənədləri
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov,
- TDT-nin baş katibi Kubanıçbek Omuraliev,
- Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kayrat Jumaqulov,
- Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov,
- Türkiyənin Ticarət və Gömrük İdarəsinin rəhbəri Sezai Uçarmak,
- Özbəkistan Gömrük Komitəsinin sədri Akmalhujoy Mavlonov
imzalayıblar