
Təbriz ilk növbədə, Trotski demış, permanent, yəni silsilə inqilablar yurdudur. Məktəbidir.
İndiki "TRACTOR F.C. "inqilabını da mən bu inqilabların yeni pilləsi bilərdim. Bu səssiz, lal inqilabdır.
Neoinqilabdır.
İndiki siyasi durumda Təbrizə də, Bakıya da ərəb baharı, naharı modelində silkələnmələr, vəlvələlər lazım deyil. Bizə lal inqilab lazımdır. İdmanı, mədəniyyəti, siyasəti bir tərəziyə, zənbilə yığan inqilab lazımdır.
Şükür, Təbriz bu dəfə də o yeni, modern inqilab modelini dünyaya təqdim etdi. Bu model, farsların anonsladığı feminist, şahpərəst, irqçi inqilab modelindən daha uğurludur məncə.
Cahadçi inqilablar dövrü bitdi. Səttarxan, Məşrutə, Xiyabanı, Pışəvəri inqilab modelləri əslində həmışə əks, mənfi nəticələr verən modellərdir. Təbriz o səhvləri bir daha təkrarlamadı. Hindistandakı qandizm hərəkatına oxşar öz qansız inqilab modelini yaratdı. İdmanı qoydu ğuya ortaya. Və son nəticədə bütün İranı uddu.
Siyasi Olimpdə Pezeşkian ulduzunu da məhz bu inqilab modeli hazırlayib. Bu inqilabın Səttarxanı məhz Pezeşkiandır.
Beləliklə, Təbriz dünyaya yeni müasir, mədəni inqilab modelini təqdim etdi. Və bir daha "İnqilab akademiyası" brendıni təsqilədi. Müasirləşdirdi.
İnqilabın sponsoru " Təbriz ticarət və sənaye palatası"dır. Bu qurumun İran birjasındakı səhmləri xeyli artım nümayış etdirir.
P.S. Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum ğünüdür. Yaxşı ki, o, Təbrizdəki yeni inqilab modelıni gördü. Arzusuna yetışdi nəhayət ki. Bu yazımı məhz Sabir Rüstəmxanlıya həsr edirəm.