Tədris ilinin sentyabrın 1-nə keçirilməsi yalandır
Elm və Təhsil Nazirliyi tədris ilinin başlanmasının sentyabrın 1-nə keçirilməsi ilə bağlı açıqlama verib
Azərbaycanda 2023/2024-cü tədris ilində təhsil müəssisələrində dərslər əvvəlki kimi sentyabrın 15-dən başlayacaq.
Bu barədə sosial şəbəkələrdə tədris ilinin sentyabrın 1-də başlayacağına dair yayılan xəbərlərlə bağlı avqustun 8-də Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.