Təəssüf ki, növbəti illərdə də suyun azalacağı gözlənilir
İqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azaldıb
Son illər iqlim dəyişiklikləri kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərir.
Bunu Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, iqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub.
“Təəssüf ki, növbəti illərdə də suyun azalacağı gözlənilir. Bunun qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir”, - deyə nazir müavini qeyd edib.