XƏBƏRLƏR / İctimaiyyət

Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb

Bu barədə Bakı şəhər DYPİ-dən xəbər verilib

Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

    Onun barəsində hüquq-məsuliyyət tədbirləri görülür.