Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının BMT-nin rolu ilə bağlı iclasında çıxış edib. Xüsusilə, onun bu bəyanatı çaşdırıcıdır: “BMT dövlətlərarası münasibətlərdə gücdən istifadənin, təcavüz aktlarının, insan hüquqlarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının normal hesab edildiyi vəziyyətlərin yaradılması cəhdlərinə qarşı durmalıdır”.
Bunu 2019-2020-ci illərdə danışıqlar prosesini ləğv etməyə çalışan siyasətçi deyir... BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsaslanan proses...
Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın 2018-ci ildə həbs olunduğu Paşinyan... Saşik Sarkisyan Paşinyanın göstərişi ilə 2019-cu ildə azadlığa buraxıldı, bundan sonra o, Qarabağda təmas xəttinin müdafiə qabiliyyətini artırmaq üçün 30 milyon dollar xərclədi... Paşinyan Saşikin pulu ilə görülən işləri yoxlamaq üçün şəxsən işğal olunmuş ərazilərə getmişdi...
Yalnız Azərbaycanın ardıcıl, prinsipial və bəzən sərt mövqeyi Ermənistanla münasibətlərimizi davamlı sülhə apara bilər.