XƏBƏRLƏR / Hadisə

Telejurnalist intiharını anons edərək çəkiliş istədi

Rzayev öz "facebook" səhifəsində intihar edəcəyi ilə bağlı dəqiq yer və vaxt elan etmişdi

Telejurnalist intiharını anons edərək çəkiliş istədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər TV-də çalışan jurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, o fikirindən daşındırılaraq polis orqanına dəvət edilib.

    "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək", - məlumatda deyilir.

    Xatırladaq ki, telejurnalist Ceyhun Rzayev öz "facebook" səhifəsində intihar edəcəyi ilə bağlı paylaşım etmişdi.