"Telegram"ın sahibi Pavel Durov tutuldu
Fransız müstəntiqlər Pavel Durovun həbs ediləcəyini bilə-bilə Parisə gəlməsinə təəccübləniblər
Qeyd edilib ki, Durov bir müddət əvvəl müsahibəsində həbs olunması versiyasından danışıb. O bildirib ki, həbs ediləcəyi təqdirdə Teleqramın fəaliyyətini davam etdirmək tədbirlər görüb.
39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Sonuncu ittiham isə pedofiliayadır. Onu 20 ilə qədər həbs gözləyir.
Pavel Durov barəsindəki həbs orderi isə onun təyyarəsinin eniş etməsindən az müddət əvvəl verilib. 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanına Bakıdan şəxsi təyyarəsi ilə gələndə saxlanılıb.