XƏBƏRLƏR / Məhkəmə

Terrorçuluğu maliyyələşdirən şəxsə hökm oxunub

İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb

Terrorçuluğu maliyyələşdirən şəxsə hökm oxunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.